Koronavirus vaksininin qiyməti bəlli oldu
29.07.2020 09:52
Amerikada hazırlanan koronavirus vaksininin qiyməti 50-60 dollar civarında olacaq.
 

Aztibb.az-ın "Financial Times"a istinadla verdiyi məlumata görə, ABŞ-da vaksin üzərində işin son mərhələsinə keçid edən biotexnologiya şirkəti olan "Moderna" hazırladığı peyvəndin ehtimal edilən qiymətini açıqlayıb. Bir kurs peyvəndin qiyməti 50-60 dollar arasında dəyişəcək. Bu isə bir dozaya görə 25-30 dollar deməkdir.

 

Nəşrin məlumatına görə, bu qiymət ABŞ və yüksək gəlirli ölkələr üçün nəzərdə tutulub.

 

Vaksin üzərində çalışan başqa şirkətlər isə koronavirusun dərmanına daha məqbul qiymət verməyi düşünürlər. Məsələn, 100 milyon doza vaksin barədə ABŞ hökuməti ilə razılaşan "Pfizer" və Almaniyanın "BioNTtech" şirkəti öz məhsullarını 19,5 dollar dəyərində qiymətləndiriblər. Britaniya-İsveç ortaq şirkəti olan "AstraZeneca" isə 3-4 dollar təklifini irəli sürüb.

 
Xatırladaq ki, bir neçə gün öncə "Moderna" vaksinin kliniki sınaqlarında 3-cü kliniki mərhələyə keçdiyini açıqlayıb. Sınaqlarda 30 min könüllü iştirak edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır