Ürək-damar xəstəlikləri riskini azaltmağın yolu açıqlanıb
04.12.2020 21:27

Alimlər qırmızı ətin bitki qidaları ilə əvəz edilməsinin ürək-damar xəstəliyi riskini azaltdığını aşkar ediblər.

 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, bu barədə müvafiq məlumatlar BMJ jurnalında dərc olunub.

 

Amerikalı mütəxəssislər 30 ildir həyat tərzi, pəhrizləri və sağlamlıqları haqqında məlumat verən ortalama yaşı 53 olan 43 272 insanın iştirakı ilə araşdırma aparıblar. Araşdırma başlayarkən könüllülərdən heç birində ürək-damar xəstəlikləri olmayıb. Müşahidə dövründə 4 456 ürəyin işemik xəstəliyi qeydə alınıb, bunlardan 1 860-ı isə ölümlə nəticələnib.

 

Alimlər tədqiqat iştirakçılarının qida rasionunu təhlil ediblər və ürək-damar xəstəlikləri üçün digər risk faktorlarının təsirini istisna ediblər. Onlar belə qənaətə gəliblər ki, ətin qoz-fındıqda, paxlakimilərdə, soyada bol olan bitki mənşəli zülalla əvəz edilməsi xəstəlik riskini 14% azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza