Azərbaycanda 138 koronavirus xəstəsinə sağalmış şəxslərin plazması köçürülüb
27.07.2020 21:50

Azərbaycanda indiyədək 138 koronavirus xəstəsinə sağalmış COVID-19 xəstələrindən alınan immun plazma köçürülüb.

 

Aztibb.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

 

Onun sözlərinə görə, immun plazma indiyə kimi 60 nəfər sağalmış COVID-19 xəstəsindən toplanıb. Ümumilikdə 138 xəstəyə 184 vahid plazma köçürülüb.

 

Qeyd edək ki, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatla müşahidə edilir. Lakin hətta gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır keçir və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

 

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Aparılan təcrübə göstərir ki, Konvalesent Plazma müalicəsi süni tənəffüs cihazına qoşulan ağır xəstələr üçün çox effektivdir.

 

İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma verə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır