Britaniyada COVID-19 fonunda piylənmə ilə mübarizə kampaniyasına start verilib
27.07.2020 17:46

Böyük Britaniya hökuməti ölkədə piylənmə ilə mübarizə üzrə yeni kampaniyaya start verildiyini elan edib. Məmurlar bu addımın vətəndaşların koronavirusa yoluxma riskini və beləliklə, səhiyyə xidmətində yüklənməni azaldacağını deyirlər.

 

Aztibb.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Birləşmiş Krallıqda piylənmə ilə mübarizə strategiyası əsasən televiziya və internetdə qeyri-sağlam qidaların reklamının məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyri-sağlam qidalara həddən artıq piyli, şəkərli və duzlu yeməklər aid edilir. Belə məhsulların reklamı səhər saatlarından axşam saat 21:00-dək qadağan olunacaq.

 

Bundan başqa, mağazalarda qeyri-sağlam qidalara endirim etməyə icazə verilməyəcək. Bunun əvəzində marketlər sağlam məhsulları, məsələn, meyvə və tərəvəzi daha çox ucuzlaşdıraraq təşviq və təklif edəcək. Həmçinin iri restoran və kafelər satdıqları qidaların kalori dəyərini məhsulun üzərində göstərməlidir.

 

Piylənmə Birləşmiş Krallığın səhiyyə sisteminin üzləşdiyi ən ciddi problemlərdən biridir. Hakimiyyət orqanlarının məlumatına görə, həddi-buluğa çatmış britaniyalıların 63 faizi artıq çəkidən əziyyət çəkir. Ölkədə ibtidai sinfi bitirən hər üçüncü uşaqda artıq çəki müşahidə olunur.

 

Artıq çəkinin səbəb olduğu xəstəliklər hər il Böyük Britaniyanın səhiyyə sisteminə 6 milyard funt sterlinqə başa gəlir. Bundan başqa, piylənmə COVID-19 xəstəliyinin ağır keçməsi, eləcə də ölüm riskini artırır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər