“EBSCO elektron resursları dünya səviyyəli məqalələrin hazırlanması üçün alətlər kimi” mövzusunda vebinar təşkil olunub
23.11.2026 13:09

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları, tədqiqatçıları, doktorantları və tələbələri üçün “EBSCO elektron resursları dünya səviyyəli məqalələrin hazırlanması üçün alətlər kimi” mövzusunda vebinar təşkil olunub.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə EBSCO şirkətinin mütəxəssisi İrina Serjan müasir elmi tədqiqatların beynəlxalq bazalarda dərci prosesi barədə geniş təqdimatla çıxış edib. Təlimçi iştirakçılara EBSCOhost platforması vasitəsilə elmi məqalənin mövzusuna uyğun düzgün jurnalın seçilməsi, tədqiqat üçün zəruri məlumatların əldə edilməsi yolları və əlyazmanın nəşrə qəbul olunana qədər keçdiyi əsas mərhələlər haqqında ətraflı məlumat verib. Mütəxəssis həmçinin müəlliflərin məqalə hazırlayarkən ən çox yol verdikləri səhvlərə toxunub, EBSCOhost nümunələri əsasında elmi nəşrlərin tərtibatına dair tələbləri və praktiki alətləri izah edib.

 

Praktiki hissə ilə davam edən vebinarda EBSCO elektron resurslarından distant istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Vebinar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri