Şəhid ailələrinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimləri səyyar xidmət çərçivəsində şəhid ailələrinin yaşadıqları ünvanlara baş çəkiblər.
Aztibb.az xəbər verir ki, səfərdə terapevt və klinik psixoloq iştirak edərək şəhid ailələrinin üzvlərini ev şəraitində müayinə edib, səhhətlərini qiymətləndirib, müvafiq tibbi və psixoloji məsləhətlər veriblər. Daha ətraflı müayinə və əlavə yoxlanışa ehtiyacı olan şəxslər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına dəvət olunublar.
Şəhid ailələrinin üzvləri evlərində göstərilən tibbi xidmətə, diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə və tibb heyətinə minnətdarlıqlarını bildiriblər.
Şəhid ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsi, onların sağlamlığının qorunması və tibbi xidmətlə təmin olunması dövlətin sosial siyasətinin və cəmiyyətin mənəvi dəyərlərinin mühüm istiqamətlərindən biridir.

