QPM peyvəndi - Qızılca, məxmərək, parotit infeksiyalarına qarşı tətbiq olunan peyvənddir
09.11.2026 12:38

Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

 

Aztibb.az xəbər verir ki, qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Hər iki dozanı vaxtında alan şəxslərdə bu infeksiyalara qarşı 97%-ə qədər yüksək və uzunmüddətli immunitet formalaşır.

 

Parotit də qızılca kimi yüksək yoluxuculuğa malik virus mənşəli xəstəliklərdəndir. Parotit ciddi fəsadlara, o cümlədən eşitmə qabiliyyətinin itirilməsinə, ürək problemlərinə və baş beyin, onurğa beyninin zədələnməsinə gətirib çıxara bilər.

 

Məxmərək də virus mənşəli yoluxucu infeksiyalar qəbiləsindəndir. Məxmərək də qızılca və parotit kimi yoluxmuş şəxsin öskürüb asqırması ilə keçir.

 

Bu xəstəliklər ağır fəsadlara səbəb ola, hətta ölümlə nəticələnə bilər.

 

QPM peyvəndi etdirin, uşaqlarınızı ağır xəstəliklərdən qoruyun!

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
Xaçmazın Gödəkli kəndində tibbi aksiya: Sakinlərə 80-ə yaxın tibbi xidmət göstərilib
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə