Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi şəhid ailəsini ziyarət edib  
03.11.2026 10:54
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev Vətən müharibəsi şəhidi Zeynal Zülfüqarlının ailəsini ziyarət edib.
 
Bu barədə Aztibb.az-a Şirvan ŞMX-dan xəbər verilib.
 
Görüş zamanı şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla yad olunub, ailə üzvlərinə dərin hörmət və ehtiram ifadə edilib.
 
Qeyd edək ki, Zeynal Zülfüqarlı 31 may 1995-ci ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərib. O, 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
 
Vətən müharibəsində və hərbi xidmətində göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra «Vətən uğrunda», «İgidliyə görə», «Azərbaycan Ordusunun 100 illiyi», «Cəbrayılın azad olunmasına görə», «Şuşanın azad olunmasına görə», «Kəlbəcərin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları, həmçinin III dərəcəli «Rəşadət» ordeni ilə təltif edilib.
 
Şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların mütəmadi ziyarət olunması, şəhidlərimizin əziz xatirəsinin yaşadılması hər birimizin mənəvi borcudur.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub