70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur
02.11.2026 14:24

Qanunvericiliyə əsasən, bir sıra xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciət zamanı müalicə müddətinin olması tələb edilmir. Bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Bildirilib ki, həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.

 

Son illər əlillik sahəsində ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı da 14,6 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

 

Əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edilmiş göndəriş adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, haradan göndəriş daxil olduğu və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat