Xəzər Tibb Mərkəzində YAP-ın VIII Qurultayı ilə bağlı görüş keçirilib  
02.11.2026 14:14
Xəzər Tibb Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ilə bağlı görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
 
İlk olaraq Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev çıxış edərək görüşün mövzusu və əhəmiyyəti barədə qısa məlumat verib.
 
Daha sonra Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək VIII Qurultayda müzakirə olunan məsələlər və Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər barədə danışıb.
 
Çıxış zamanı ölkənin dünyəvi dövlət prinsiplərinə, milli-mənəvi dəyərlərə, cəmiyyətdə birlik və qarşılıqlı hörmətin qorunmasına toxunulub.
 
Görüş zamanı iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
 
Tədbirdə Xəzər Tibb Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır