Heyvanların identifikasiyası ilə bağlı Litva və Latviya təcrübəsi araşdırılır
30.10.2026 15:51

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndə heyəti Litva və Latviya respublikalarında səfərdə olub.

 

Bu barədə Aztibb.az-a AQTA-dan bildirilib.

 

Səfər çərçivəsində Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində kənd təsərrüfatı nazirlikləri, Dövlət Qida və Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Məlumat Mərkəzi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib.

 

Görüşlərdə heyvanların fərdi identifikasiyası və elektron qeydiyyatı, məlumat bazalarının idarə olunması, digər informasiya sistemləri ilə inteqrasiya, heyvanların hərəkətinin izlənilməsi, eləcə də Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) rəqəmsal infrastrukturunun inkişafı məsələləri müzakirə olunub, bu sahələrdə təcrübə mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Litva və Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi HİQS-in müasir rəqəmsal həllər əsasında təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib