Qocalığı yubatmağın yeni üsulu aşkarlanıb - KƏŞF
26.11.2020 10:37

Almaniyanın Maks Plank Qocalma Biologiyası İnstitutunun alimləri orqanizmin labüd yaşlanmasına qarşı mübarizə üçün yeni üsul tapıblar.

 

Bu barədə Aztibb.az ren.tv-yə istinadən xəbər verir.

 

Mütəxəssislər qidanın miqdarının məhdudlaşdırılmasının sürətli yaşlanmanın aradan qaldırılmasına kömək edə biləcəyini müəyyənləşdiriblər.

Bu dəfə adi meyvə milçəkləri alimlərə kömək edib.

 

Milçəklər üzərində aparılan təcrübələr tərkibində çoxlu sayda zülal olan qidaların istehlak edilməsinin hüceyrələrin böyüməsi və sağ qalması ilə əlaqəli mexanizmləri gücləndirdiyi aşkara çıxarıb.

 

Bu halda ömrün uzunluğunu artırmaq və qocalmanı yavaşıtmaq üçün ciddi pəhrizə riayət etmək vacib deyil. Belə ki, orqanizmin labüd qocalığı proseslərini yavaşıdacaq müəyyən zülalı qəbul etmək kifayətdir.

 

Qeyd edək ki, belə sınaqlar hələ insanlar üzərində keçirilməyib. Ona görə zülalla qocalmanı yavaşıdan preparatlar tezliklə apteklərdə satışa çıxarılmayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza