Hepatoloq: Hepatit C qaraciyər sağlamlığına gizli təhdiddir
28.10.2026 08:16

Hepatit C virusu qaraciyəri zədələyərək uzunmüddətli fəsadlara səbəb ola bilən, lakin erkən aşkarlanıb müalicə olunduqda qarşısı alına bilən infeksiyalardan biridir.

 

Aztibb.az xəbər verir ki, hepatoloq Tofiq Əkbərovun sözlərinə görə, xəstəliyin uzun müddət heç bir əlamət vermədən inkişaf etməsi onun vaxtında aşkarlanmasını çətinləşdirir və buna görə risk qrupuna daxil olan şəxslərin müayinədən keçməsi xüsusi əhəmiyyət daşıyır.

Mütəxəssisin sözlərinə görə, hepatit C virusu əsasən qan vasitəsilə ötürülür və müalicə edilmədikdə xroniki infeksiyaya, qaraciyər sirrozuna, hətta qaraciyər xərçənginə səbəb ola bilər. Xəstəliyin simptomsuz keçməsi insanın özünü sağlam hiss etsə belə, virusa yoluxmadığı anlamına gəlmir.

Hepatit C-nin aşkarlanması üçün ilkin mərhələdə anti-HCV anticisim testi aparılır. Nəticə müsbət olduqda, aktiv infeksiyanın olub-olmadığını müəyyənləşdirmək üçün HCV-RNT testi tələb olunur. Diaqnoz təsdiqləndikdən sonra müalicə həkim tərəfindən fərdi qaydada planlaşdırılır.

Müasir antiviral preparatlar hepatit C virusunu əksər hallarda orqanizmdən tam təmizləməyə imkan verir. Buna görə erkən diaqnoz, vaxtında müalicə və həkim nəzarəti xəstəliyin ağır fəsadlarının qarşısının alınmasında mühüm rol oynayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub