Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib  
18.10.2026 16:57
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankının müvafiq bölməsi və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyada Kürdəmir rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.
 
Aksiya çərçivəsində tibb işçiləri tərəfindən qanvermək istəyən şəxslərin sağlamlıq vəziyyəti və tibbi göstəriciləri yoxlanılıb. Qanverməyə uyğun hesab edilən könüllülərdən qan götürülüb.
 
Toplanmış qan ehtiyatının hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunması nəzərdə tutulur.
 
Könüllü qanvermə aksiyaları qan ehtiyatlarının artırılmasına və ehtiyacı olan xəstələrin müalicəsinə dəstək göstərilməsinə mühüm töhfə verir
ÇOX OXUNANLAR
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
16 Oktyabr Ümumdünya Qida Günüdür - Sağlam gələcək və davamlı resurslar üçün nə etməliyik?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər