Çinli və rusiyalı cərrahların onurğa beyni transplantasiyası ilə bağlı iddiası elmi təsdiqini gözləyir
30.10.2026 13:37

Çin Tibb Universitetinin cərrahı Syaopin Ren açıqlamasında rusiyalı həmkarları ilə birlikdə tədqiqatyönümlü əməliyyatı Moskvadakı Sklifosovski Təcili Tibbi Yardım Elmi-Tədqiqat İnstitutunda həyata keçirdiklərini bildirib.

Aztibb.az "New Scientist" nəşrinə istinadən yazır ki, onun sözlərinə görə, pasiyent üç il əvvəl keçirdiyi qəza nəticəsində onurğa beyninin tam kəsilməsi ilə üzləşmiş yetkin şəxsdir. Cərrahi qrup mikrocərrahi üsullardan və sinir liflərinin birləşməsinə kömək etmək məqsədilə istifadə olunan polietilenqlikol (PEG) adlı kimyəvi maddədən yararlanaraq zədələnmiş nahiyəni çıxarıb və onun yerinə beyin ölümü baş vermiş donordan götürülən onurğa beyni seqmentini birləşdirib.

Açıalamada əməliyyatın 12 saat davam etdiyi və pasiyentin hazırda vəziyyətinin yaxşı olduğu bildirilib. Bununla belə, indiyədək pasiyentin hərəkət və ya hissiyyat qabiliyyətini bərpa etdiyinə dair məlumat açıqlanmayıb.

S.Ren əvvəllər italyan cərrah Serxio Kanavero ilə birlikdə gündəmə gətirdiyi, lakin heç vaxt həyata keçirilməyən insan başının transplantasiyası layihəsi ilə tanınır. Son əməliyyatla bağlı isə hələlik heç bir klinik məlumat dərc olunmayıb və nəticələr digər alimlər tərəfindən elmi ekspertizadan keçirilməyib.

Mütəxəssislər bu texnikanın elmi əsaslarını şübhə altına alırlar. Onların diqqət çəkdiyi məqamlardan biri də odur ki, mövcud heyvan tədqiqatları əsasən köhnə zədələrə deyil, az sayda heyvanda yaradılmış təzə kəsiklərə əsaslanır. Bundan əlavə, bu cür əməliyyatların ciddi infeksiya və digər cərrahi ağırlaşmalarla müşayiət oluna biləcəyi vurğulanır.

Bununla yanaşı, onurğa beyninin implantasiyası və elektrik stimulyasiyası kimi daha geniş tədqiq edilmiş üsullar uzunmüddətli zədələri olan bəzi şəxslərin hərəkət qabiliyyətini qismən bərpa etməsinə artıq kömək edib.

Əməliyyatın nəticələri dərc olunaraq müstəqil elmi qiymətləndirmədən keçənədək bu hadisəni tibbdə inqilabi nailiyyət kimi təqdim etmək düzgün deyil. Hazırkı mərhələdə söhbət hələ elmi cəhətdən təsdiqlənməmiş bir iddiadan gedir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib