Sümüklərin bərpası üçün antibakterial təsirli yeni material hazırlanıb
04.10.2026 12:24

Alimləri zədələnmiş sümüklərin bərpası üçün nəzərdə tutulan qranullar hazırlayıb və bu materiala patent alıblar. Hidroksiapatit əsasında yaradılan materialın tərkibinə stronsium və gümüş ionları əlavə edilib. Bu kombinasiya materiala sümük toxumasına inteqrasiya olunmaqla yanaşı, antibakterial təsir göstərmək imkanı verir.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, hazırlanan qranullar ağır sınıqlar, müxtəlif xəstəliklər və cərrahi əməliyyatlardan sonra yarana bilən böyük sümük defektlərinin doldurulması üçün nəzərdə tutulub.

Alimlərin məlumatına görə, qranulların tərkibi və hazırlanma texnologiyası onların məsaməliliyini, mexaniki möhkəmliyini və orqanizmdə tədricən həllolma sürətini tənzimləməyə imkan verir. Laboratoriya şəraitində bu proses ən azı üç həftə davam edir.

Materialın əsasını sümük toxumasının mineral hissəsinə tərkib baxımından yaxın olan hidroksiapatit təşkil edir. Onun strukturuna əlavə edilən stronsium və gümüş ionları isə materialın funksional xüsusiyyətlərini genişləndirir.

NİTU MİSİS-in Ümumi və Qeyri-üzvi Kimya kafedrasının dosenti Yekaterina Çikanovanın sözlərinə görə, gümüş antibakterial xüsusiyyətləri ilə tanınır. Lakin onun miqdarının həddindən artıq olması yalnız bakteriyalara deyil, orqanizmin hüceyrələrinə də mənfi təsir göstərə bilər.

“Buna görə material hazırlanarkən sağlam toxumalara zərər vermədən lazımi antibakterial effekti təmin edəcək gümüş miqdarının seçilməsi vacibdir”, – alim qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?