Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub  
20.09.2026 15:58
Respublika Klinik Xəstəxanasının cərrahi xidmətlər üzrə direktor müavini Sahib Hüseynov və həkim-ümumi cərrah Nigar Allahverdiyevanın iştirak etdiyi beynəlxalq tədqiqatın nəticələri nüfuzlu Q1 kateqoriyalı “World Journal of Surgery” jurnalında dərc olunub.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, "Thirty-Day Mortality and Morbidity Outcomes in Abdominal Wall Necrotizing Soft Tissue Infections: The STANMORE Study” adlı məqalədə qarın divarının nekrotikləşdirici yumşaq toxuma infeksiyalarında 30 günlük ölüm və ağırlaşma göstəriciləri araşdırılıb.
 
27 ölkədən 63 tibb mərkəzinin iştirak etdiyi prospektiv, çoxmərkəzli beynəlxalq tədqiqat çərçivəsində 331 xəstənin məlumatları təhlil olunub. Tədqiqatda iştirak edən tibb mərkəzlərindən biri də Respublika Klinik Xəstəxanasıdır. Xəstəxanada müalicə olunan 50-dən çox xəstənin məlumatları da araşdırmaya daxil edilib.
 
Araşdırmanın nəticələrinə əsasən, yaşın artması, kreatinin səviyyəsinin yüksəlməsi, bağırsaq rezeksiyasının aparılması və antibiotikoterapiyanın başlanmasının gecikməsi 30 günlük ölüm riskinin artması ilə müstəqil şəkildə əlaqələndirilib. Polimikrob infeksiya və bağırsaq rezeksiyası isə ağırlaşma riskinin artması ilə müstəqil şəkildə əlaqələndirilib.
 
Tədqiqatın nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunması Respublika Klinik Xəstəxanasının həkimlərinin beynəlxalq elmi-tədqiqat fəaliyyətində iştirakının və Azərbaycan səhiyyəsinin beynəlxalq elmi platformalarda təmsil olunmasının mühüm göstəricisidir.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə