Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu nəşr edilib  
17.09.2026 12:14

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal tibb problemləri. Məqalələrin xülasələri” adlı ekspress-informasiya çapdan çıxıb. Nəşrdə institut əməkdaşlarının rəqəmsal tibbin müxtəlif istiqamətlərini əhatə edən elmi əsərlərinin xülasələri cəmlənib.

 

Aztibb.az xəbər verir ki, elmi əsərlər elektron tibbin formalaşması, teletibb sistemlərinin qurulması, tibbi fərdi məlumatların informasiya təhlükəsizliyi və hüquqi tənzimlənməsi məsələlərinə həsr olunub. Həmçinin həkim qərarlarını dəstəkləyən intellektual ekspert sistemlərinin işlənilməsi, səhiyyədə “Big Data” analitikası, bulud və superkompüter texnologiyalarının tətbiqi, sensor şəbəkələri vasitəsilə risk qrupundakı işçilərin sağlamlıq monitorinqinin aparılması, tibbi sosial media mühitində pasiyent rəylərinin kontent və sentiment analizi üzrə mühüm elmi nəticələr əldə edilib.

 

Ekspress-informasiyada 176 elmi əsər haqqında məlumat verilir ki, onların da bir çoxu yüksək impakt faktorlu jurnallarda dərc olunub və nüfuzlu beynəlxalq konfranslarda məruzə edilib.

 

Yeni nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovadır. Bu vəsait rəqəmsal tibb, elektron səhiyyə və tibbi informatika sahəsində araşdırma aparan elmi tədqiqatçılar, müvafiq ali təhsil müəssisələrinin müəllim və tələbələri, həkimlər, bu sahənin mühəndisləri və menecerləri üçün faydalı elmi mənbədir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə