Çində süni intellektin iştirakı ilə hazırlanmış ilk COVID-19 preparatının bazara çıxarılmasına icazə verilib
10.09.2026 13:07

Çin hakimiyyəti COVID-19-a qarşı süni intellekt texnologiyalarından istifadə edilərək hazırlanmış Mprosevir preparatının bazara çıxarılmasını təsdiqləyib. Xihu Universitetinin məlumatına görə, bu, Çində süni intellektin köməyi ilə hazırlanmış və bu kateqoriyada bazara çıxış üçün təsdiq almış ilk innovativ dərmandır. Preparat Çin Milli Tibbi Məhsullar Administrasiyasından (NMPA) şərti təsdiq alıb.

Aztibb.az "Medikforum"a istinadən yazır ki, dərman Xihu Universitetinin və "Westlake Pharmaceuticals" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Preparat yüngül və orta dərəcəli COVID-19 keçirən yetkin xəstələrin müalicəsi üçün nəzərdə tutulub.

Mprosevirin əsasını virusun çoxalması üçün SARS-CoV-2-yə lazım olan 3CLpro fermentinin inhibitoru təşkil edir.

Tədqiqatın ilkin mərhələsində alimlər təxminən 49 milyard potensial molekuldan ibarət DNT-kodlaşdırılmış birləşmələr kitabxanasından (DEL) istifadə ediblər.

Əvvəlcə 100-dən çox namizəd molekul seçilib. Daha sonra süni intellekt modeli cəmi bir neçə gün ərzində bu siyahını 9 birləşməyə qədər daraldıb. Onlardan 6-sı yüksək antiviral aktivlik nümayiş etdirib. Əlavə araşdırmalardan sonra tədqiqat qrupu ən perspektivli molekulu müəyyənləşdirib.

Süni intellektdən sonrakı mərhələlərdə də istifadə olunub. Texnologiya maddənin aktivliyinin optimallaşdırılması, farmakoloji xüsusiyyətlərinin qiymətləndirilməsi və toksikliyinin azaldılması proseslərinə cəlb edilib.

Tədqiqatçılara görə, ilkin birləşmənin axtarışından klinik sınaqların başa çatmasına qədər təxminən 3 il yarım vaxt keçib.

Hazırlayıcılar Mproseviri həmçinin DEL texnologiyası əsasında yaradılaraq klinik sınaqlardan keçən və bazara çıxış üçün təsdiq alan dünyanın ilk kiçikmolekullu preparatı kimi təqdim edirlər.

Bu hadisə süni intellektin yeni dərmanların hazırlanmasında tətbiqinin sürətlənməsi baxımından əhəmiyyətli addım hesab olunur. Bununla belə, preparatın effektivliyi və təhlükəsizliyi ilə bağlı yekun qiymətləndirmə onun klinik istifadəsi və real dünya məlumatları əsasında aparılacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib