Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
25.08.2026 13:06

Azərbaycan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və birliyin Gənclər və İdman Proqramlarının idarə olunması üzrə koordinatoru Böyükxanım Mirzəzadə 18–21 avqust 2026-cı il tarixlərində Gürcüstanda işgüzar səfərdə olublar.

 

Aztibb.az xəbər verir ki, Assosiasiyasının sədri Fuad Əsgərov səfərin olduqca məhsuldar keçdiyini və Gürcüstan ilə könüllü qan donorluğu layihələrinin birgə həyata keçirilməsi üçün yeni imkanların yarandığını bildirib.

 

Onun sözlərinə görə, səfər çərçivəsində Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının Samtredia filialının direktoru Laşa Kvantaliani ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında könüllü qan donorluğunun inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

 

Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin yubiley mərasimində də iştirak edib. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri azərbaycanlı gənclərin təkliflərini dinləyiblər. Gənclərin irəli sürdüyü təkliflər əsasında yaxın zamanda Gürcüstan–Azərbaycan Gənclərinin Dostluq Forumunun keçirilməsinin vacibliyi vurğulanıb.

 

Bundan əlavə, Qan Donorları Assosiasiyasının nümayəndələri Gürcüstanın ictimai-siyasi həyatında mühüm yer tutan Aktual.ge media qurumu ilə görüş keçiriblər. Görüş zamanı Assosiasiyanın fəaliyyəti və həyata keçirdiyi layihələrin Gürcüstan ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, Qan Donorları Assosiasiyası fəaliyyəti dövründə paytaxt Tbilisidə və ölkənin ən böyük şəhərlərindən biri olan Batumidə gənc qan donorları üçün yay və qış düşərgələri təşkil edib. Assosiasiya bu layihələr vasitəsilə Azərbaycan və Gürcüstan gəncləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə də töhfə verib.

 

Fuad Əsgərovun sözlərinə görə, son səfər iki ölkə arasında həm könüllü qan donorluğu, həm də gənclər və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər yaradıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır