Tirzepatid nədir? Yeni preparatın üstünlükləri açıqlanıb  
01.09.2026 20:24

Tirzepatid piylənmə və 2-ci tip şəkərli diabetin müalicəsində istifadə olunan yeni nəsil preparatdır. Araşdırmalar onun bədən çəkisinin azaldılmasında semaqlutiddən daha yüksək effektivlik göstərdiyini ortaya qoyub.

Aztibb.az xəbər verir ki, endokrinoloq Yekaterina Yerşovanın sözlərinə görə, tirzepatid eyni anda iki inkretin hormonunun – GIP və GLP-1 reseptorlarına təsir edən ilk preparatdır. Bu mexanizm iştahanı azaldır, toxluq hissini artırır, qanda şəkərin nəzarətdə saxlanmasına və piy toxumasının azalmasına kömək edir.

Mütəxəssis bildirib ki, beynəlxalq SURMOUNT və SURPASS tədqiqatlarında preparat qəbul edən pasiyentlərdə 72 həftə ərzində bədən çəkisi 20,9 faizə qədər azalıb. Həmçinin tirzepatidin 2-ci tip diabetin inkişaf riskini 94 faiz azaltması da qeyd olunub.

Yerşova vurğulayıb ki, tirzepatid reseptlə təyin olunan güclü dərmandır və yalnız həkim nəzarəti altında istifadə edilməlidir. Preparatın öz göstərişləri və əks-göstərişləri var, nəzarətsiz istifadəsi isə xüsusilə mədə-bağırsaq sistemi ilə bağlı yan təsirlərə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub