Türkiyənin səhiyyə naziri: Risklər süni intellekt vasitəsilə erkən müəyyənləşdirilir
01.09.2026 13:22

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu səhiyyə sahəsində rəqəmsal və preventiv nəzarət sistemlərinin gücləndirildiyini açıqlayıb.

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, nazirin sözlərinə görə, Risk Əsaslı Nəzarət Sistemi (REDES) hazırda Türkiyənin bütün 81 vilayətində 356 nümayəndənin iştirakı ilə tətbiq olunur. Sistem vasitəsilə süni intellekt texnologiyalarından istifadə edilməklə risklərin erkən müəyyənləşdirilməsi və problemlər meydana çıxmazdan əvvəl müdaxilə edilməsi mümkün olur.

Memişoğlu bu barədə sosial media hesabında səhiyyə sahəsində həyata keçirilən rəqəmsal və preventiv nəzarət tədbirləri ilə bağlı paylaşımında məlumat verib.

Nazir bildirib ki, rutin yoxlamalarla yanaşı, məlumat və texnologiya əsaslı yeni nəsil nəzarət metodları da hazırlanır. Onun sözlərinə görə, Risk Əsaslı Nəzarət Sistemi son dövrdə əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

REDES çərçivəsində süni intellekt metodlarından istifadə edildiyini bildirən Memişoğlu deyib: “Süni intellekt metodları ilə riskləri daha çevik dəqiqləşdirməklə, problemlər ortaya çıxmazdan əvvəl müdaxilə edirik.”

Nazir sistemin Türkiyə üzrə tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, REDES 81 vilayətdə 356 nümayəndə tərəfindən sahədə effektiv şəkildə istifadə olunur.

K.Memişoğlu bildirib ki, 34 müxtəlif istiqamət üzrə yaradılmış İdarəçi Məlumat Ekranı vasitəsilə risklərin rəhbərlər tərəfindən davamlı izlənilməsi təmin edilir.

Hazırladığımız qərar dəstəyi sistemləri vasitəsilə riskləri prioritetləşdirir, onların düzgün nəzarət üsulları ilə qiymətləndirilməsini və araşdırılmasını təmin edirik: “Son bir il ərzində 81 vilayətimizdə 9 988 nəzarət tədbiri həyata keçirmişik.

Güclü səhiyyə infrastrukturumuzu texnoloji imkanlarımızla daha da inkişaf etdirərək səhiyyə sistemimizi irəli aparmaq üçün fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə nazir vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub