Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 19:32


Rusiyada 2027-ci ildən tibb universitetlərinin tələbələrinin qapalı atom şəhərlərində fəaliyyət göstərən səhiyyə müəssisələrində işləməsini nəzərdə tutan yeni layihəyə start veriləcək.

Aztibb.az xəbər verir ki, layihə "Rosatom", Federal Tibbi-Bioloji Agentlik (FMBA), Rusiya Tələbə Dəstələri, Rosmolodyoj və Rusiyanın Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Məqsəd qapalı inzibati-ərazi qurumlarında (ZATO) tibb işçisi çatışmazlığının aradan qaldırılmasıdır.

Proqram çərçivəsində tələbələrə tibb müəssisələrində iş yerləri təqdim olunacaq, təcrübə keçmələrinə dəstək göstəriləcək. Eyni zamanda onların gediş-gəliş, yaşayış və qidalanma xərcləri qarşılanacaq.

2026-cı ilin avqust-sentyabr aylarında layihənin yol xəritəsinin hazırlanması və 2027-ci il üçün kadr ehtiyacının müəyyənləşdirilməsi planlaşdırılır. Gələcəkdə proqramın digər ixtisas sahələrini də əhatə etməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şəfa görmək istəyən Naftalana gəlsin   
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri