FDA ilk qeyri-statin tableti təsdiq etdi
26.07.2026 10:33
Amerika Qida və Dərman Administrasiyası (FDA) ilk dəfə olaraq statin olmayan aşağı sıxlıqlı xolesterin fraksiyasını azaldan tabletini (PCSK9 qrupundan) təsdiq edib.
 
Aztibb.az-ın www.healthline.com-a istinadən xəbərinə görə, preparatın eyni zamanda heteroziqot ailəvi hiperxolesterolemiyada (HeFH) da istifadəsi təsdiq olunub. Bu qrupdan (PCSK9) olan 6 ayda bir istifadə olunan inyeksiya forması bir neçə vaxtdır ki, istifadədədir. Lipidologiyada indiyədək statin olmayan digər preparatlar da mövcud idi. Faz 3 çalışmasında hər iki preparat və bunların kombinasiyası ilə də müqayisəli araşdırma da təqdim olunub. Enlicitide (Lipfendra-Merck) adlı preparat 20mg dozada təqdim olunub. İstifadə zamanı 6-8 saatlıq aclıq tələb olunur. Tablet qəbul olunduqdan sonra 30 dəqiqə qida qəbul etməmək tövsiyyə olunur.
 
24 həftəlik digər tədqiqatda 3207 hiperxolesterolemiyalı aterosklerotik kardiovaskulyar xəstəliyi olan və HeFH-lı pasiyent iştirak edib. Tədqiqat zamanı preparat 56-59% daha effektiv olub.
Eyni zamanda, qeyd olunan preparat böyrək çatışmazlığının da bütün dövrlərində verilə bilən preparatlar sırasına daxildir ki, bu da statinlərdən üstün xüsusiyyət hesab olunur (daha çox rozuvastatin).
Uzun illərdir xolesterin azaldan statin qrupu preparatlar geniş təyin olunur.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub