Ana bətnindəki körpəyə qapalı üsulla onurğa əməliyyatı edildi
26.07.2026 10:40

Türkiyəli həkimlər tibb tarixində mühüm nailiyyətə imza ataraq ana bətnində inkişaf edən dölün onurğa sütunundakı anadangəlmə qüsuru yüksək texnologiyalı qapalı fetoskopik cərrahi üsulla uğurla aradan qaldırıblar.

 

Aztibb.az "HaberTürk"ə istinadən yazır ki, əməliyyatın uğurla həyata keçirilməsi üçün mama-ginekoloqlar, uşaq cərrahları, neyrocərrahlar, anestezioloqlar, neonatoloqlar və digər mütəxəssislərdən ibarət 30 nəfərlik tibbi komanda birgə çalışıb.

 

Müdaxilə zamanı cərrahlar ananın uşaqlığına xüsusi mikro-kameralar və millimetr dəqiqliyinə malik cərrahi alətlər vasitəsilə daxil olaraq dölün onurğa sütunundakı açıqlığı qapadıblar.

 

Mütəxəssislərin sözlərinə görə, bu əməliyyat həyata keçirilməsəydi, körpədə aşağı ətrafların iflici, sidik kisəsi və bağırsaq funksiyalarının ciddi pozulması, həmçinin hidrosefaliya kimi ağır nevroloji fəsadların inkişaf riski yüksək idi.

 

Həkimlərin peşəkarlığı və ailənin əzmkarlığı sayəsində əməliyyat uğurla başa çatıb. Bildirilir ki, sağlamlığına qovuşan körpəyə ümid və yeni həyatın rəmzi olaraq "Umut" adı veriləcək.

 
 
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır