Yaşlılarda qripin müalicəsində ən çox buraxılan səhvlər – Həkimdən 3 vacib məqam
22.07.2026 10:58

Araşdırmalarv göstərir ki, qrip və pnevmokok infeksiyasına qarşı peyvənd olunmaq təkcə bu xəstəliklərə yoluxma riskini azaltmır, həm də ömür uzunluğunun artmasına müsbət təsir göstərir. Bununla belə, yaşlı insanlar bu xəstəliklərin müalicəsi zamanı tez-tez ciddi səhvlərə yol verirlər.

 

Aztibb.az xəbnər verir ki, "Life" portalına müsahibəsində həkim Valeri Novosyolov bu səhvləri sadalayıb.

Səhv 1: Qripi adi kəskin respirator virus infeksiyası (KRVİ) kimi qəbul etmək

Yaşlı insanların yol verdiyi ən böyük yanlışlıqlardan biri qripi adi soyuqdəymə və ya yüngül KRVİ ilə eyniləşdirməkdir. Halbuki qrip yaşlı şəxslərdə ağır fəsadlara səbəb ola bilən ciddi virus infeksiyasıdır və vaxtında həkimə müraciət olunmasını tələb edir.

Səhv 2: Virus xəstəlikləri zamanı antibiotik qəbul etmək

İkinci geniş yayılmış problem antibiotiklərin həkim təyinatı olmadan qəbul edilməsidir. Xəstəliyin törədicisi virus olduğu üçün antibiotiklər ona qarşı təsirsizdir. Buna baxmayaraq, bir çox yaşlı insan özbaşına antibiotik qəbul etməyə üstünlük verir.

Geriatr həkim Valeri Novosyolovun sözlərinə görə, "İnsan orqanizmini sadəcə hüceyrələrin və ya orqanların məcmusu kimi qiymətləndirmək olmaz. Orqanizmimizdə mikrobiom mövcuddur – bədənimizin daxilində və səthində çoxlu sayda faydalı viruslar, bakteriyalar, arxeylər və göbələklər yaşayır. Bu, mühüm simbiotik sistemdir. Antibiotikləri ehtiyac olmadan qəbul etdikdə, həmin faydalı mikrofloranın bir hissəsini məhv etmiş oluruq."

Səhv 3: Yalnız xalq təbabəti üsullarına güvənmək

Həkimin sözlərinə görə, kartof buxarı ilə inhalyasiya etmək tamamilə faydasız üsul deyil. Yaş artdıqca toxumaların elastikliyi azalır, selikli qişalarda quruluq yaranır və isti, rütubətli buxar müəyyən fizioterapevtik təsir göstərərək dəniz havasına bənzər rahatlaşdırıcı effekt yarada bilər.

Bununla belə, mütəxəssis vurğulayır ki, əsas prinsip mütləq həkimə müraciət etməkdir və xalq təbabəti üsulları tibbi müalicəni əvəz etməməlidir.

Valeri Novosyolovun sözlərinə görə, "Qrip virusunun təhlükəsi ondadır ki, o, xüsusilə üç risk qrupuna – uşaqlara, hamilə qadınlara və yaşlı insanlara ciddi təsir göstərir. Yaşlılar yaşla bağlı fizioloji dəyişikliklərə görə ən həssas qrup hesab olunur. Qrip virusu əsasən ürək-damar və sinir sistemini zədələyir. Yaşlı insanların orqanizmində çoxsaylı yanaşı xəstəliklər olduğundan, xəstəliyin gedişi və orqanizmin reaksiyası əvvəlcədən proqnozlaşdırıla bilmir."

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev