Stress və mədə-bağırsaq problemləri - Aralarında hansı əlaqə var?
22.07.2026 09:52

Gündəlik həyatın gərginliyi yalnız əhvalımıza deyil, həzm sistemimizin fəaliyyətinə də mənfi təsir göstərə bilər.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah, cərrah-proktoloq və endoskopist Anar Əliyevin sözlərinə görə, uzunmüddətli stress mədə və bağırsaqların normal fəaliyyətini pozaraq müxtəlif narahatlıqlara səbəb ola bilər.

Stress zamanı ən çox rast gəlinən şikayətlər:


 Qarın ağrısı və spazmlar
 Köp və qaz problemləri
 İshal və ya qəbizlik
 Ürəkbulanma hissi
 Mədədə yanma və narahatlıq

Bunun əsas səbəbi beyin və bağırsaqlar arasında mövcud olan sıx əlaqədir. Stress hormonlarının səviyyəsinin artması həzm sisteminin fəaliyyətinə təsir göstərərək bu əlamətlərin yaranmasına şərait yarada bilər.

Əgər mədə-bağırsaq problemləriniz tez-tez təkrarlanırsa, səbəbi yalnız qidalanma vərdişlərində deyil, həyatınızdakı stress amillərində də axtarmaq vacibdir.

Vaxtında müayinə və düzgün müalicə yanaşması həm həzm sisteminin sağlamlığının qorunmasına, həm də həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev