Konqoda “Ebola” sürətlə yayılır - Yoluxanların sayı 2267-yə, ölənlərin sayı 893-ə çatdı
20.07.2026 09:04

Konqo Demokratik Respublikasında “Ebola” virusunun yayılması narahatlıq doğuran həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiyanın son aylarda əvvəlki illərlə müqayisədə daha sürətlə yayıldığını bildirir.

Aztibb.az yerli mediaya istinadla xəbər verir ki, şənbə gününədək olan rəsmi məlumatlara görə, son 24 saat ərzində 86 yeni yoluxma və 29 ölüm faktı qeydə alınıb. Ümumi virusa yoluxanların sayı artaraq 2267 nəfərə çatıb, 893 nəfər ölüb.

Xatırladaq ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırkı epidemiya tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasıdır və son bir ay ərzində əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılıb.

ÜST rəhbərinin sözlərinə görə, 2018-ci ildə Konqo Demokratik Respublikasında baş vermiş “Ebola” epidemiyası zamanı 2000 təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb olunmuşdu. 2018–2020-ci illərdə ölkədə qeydə alınan ən ağır epidemiya zamanı isə təxminən 3500 yoluxma halı aşkarlanmış, onlardan 2300-ü ölümlə nəticələnmişdi.

Mütəxəssislər hesab edirlər ki, yoluxma hallarının artım tempi epidemiyanın nəzarətdə saxlanılmasını çətinləşdirir. ÜST və beynəlxalq səhiyyə qurumları xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün müşahidə, erkən diaqnostika və peyvəndləmə tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır