ATU əməkdaşının kliniki məqalələri “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda çap olunub  
05.07.2026 12:34

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının cari ildə “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda kliniki məqalələri çap olunub.

 

Aztibb.az-ın xəbərinə görə, universitetin Elmi Arasdırmalar Mərkəzinin baş elmi işçisi,  t.e.d. Rəşad Şolanın bu məqalələri üç müxtəlif istiqamət üzrə tədqiqat nəticələrini əks etidirir.

 

“Successful Kidney Transplantation in Turner Syndrome: A Case for Feasibility and Favorable Outcomes” adlanan ilk məqalə Turner sindromlu xəstəyə uğurlu böyrək transplantasiyasının nəticələrini, həmçinin  bu yanaşmanın mümkünlüyünü və əlverişli nəticələrin sübutunu özündə ehtiva edir.

 

Bu sindrom müxtəlif anomaliyalara, o cümlədən son mərhələli böyrək çatışmazlığına qədər proqressivləşə bilən böyrək malformasiyalarına səbəb olur. Bu klinik hal Turner sindromlu xəstələrdə böyrək transplantasiyasının mümkünlüyünü nümayiş etdirir və unikal anatomik çətinliklərin aradan qaldırılmasında diqqətli əməliyyatdanəvvəlki planlaşdırmanın və multidissiplinar yanaşmanın vacibliyini vurğulayır.

 

Növbəti məqalə - “Management and Outcomes of Pregnancy After Kidney Transplant: A Single-Center Retrospective Study from Azerbaijan” böyrək transplantasiyasından sonra hamiləliyin idarə olunması və nəticələrini, Azərbaycanda aparılmış tək mərkəzli retrospektiv tədqiqatı əks etdirir. Nəticəyə əsasən, böyrək transplantasiyasından sonra hamiləlik ciddi multidissiplinar müşahidə şəraitində həm ana, həm də transplantat üçün mümkün və təhlükəsizdir. Vaxtından əvvəl doğuş və gestasion hipertenziya riski mövcud olsa da, diqqətli monitorinq yüksək canlı doğum göstəricilərinə nail olmağa və transplantat funksiyasının stabilliyini qorumağa imkan verir.

 

“Preserving Fertility After Bilateral Testicular Gunshot Injury: A Case Report” adlı üçüncü məqalə isə xayaların odlu silah yaralanması sonrası cərrahi yolla qorunma metoduna həsr olunub.

 

Tədqiaqtlar Azərbaycan Tibb Universiteti ilə DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzi arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində aparılıb.

 

Qeyd edək ki, Rəşad Şolan eyni zamanda DTX Hərbi Tibb Baş İdarəsinin Elmi Təcürbə Mərkəzinin rəisidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır