Ekspert: Xroniki stress kişilərdə mədə xorasının yaranmasına səbəb ola bilər
16.06.2026 08:46

Mütəmadi və uzunmüddətli xroniki stress mədə xorası xəstəliyinin inkişafına gətirib çıxara bilər. Buna görə də daimi stress şəraitində yaşayan kişilər sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, bu barədə qastroenteroloq və hepatoloq Nuriyyə Dianova xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, mədə xorası çoxsaylı amillərin təsiri nəticəsində yaranan xəstəlikdir. Stresslə yanaşı, qidalanma rejiminin pozulması, siqaret çəkmək və spirtli içki qəbulu da xəstəliyin inkişafına səbəb ola bilər. Bu amillərin birgə təsiri isə vəziyyəti daha da ağırlaşdıraraq cərrahi müdaxilə ehtiyacını yarada bilər.

 

Həkim bildirib ki, narahatlıq yaradan əlamətləri görməzlikdən gəlmək və ya stressi alkoqol vasitəsilə azaltmağa çalışmaq xəstəliyin ağırlaşmasına səbəb olur. Nəticədə qanaxma ilə müşayiət olunan mədə xorası kimi ciddi fəsadlar meydana çıxa bilər.

 

Mütəxəssis həmçinin qeyd edib ki, "kişi klimaksı" kimi tanınan andropauza əlverişsiz amillərin təsiri nəticəsində istənilən yaşda baş verə bilər. Hətta gənc kişilər də testosteron çatışmazlığı problemi ilə üzləşə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır