Mərkəzi Gömrük Hospitalında “Elmi klinik tədqiqatlar: metodoloji əsaslar və etik məsələlər” mövzusunda seminar keçirilib
13.06.2026 09:45

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkimlər və rezidentlər üçün növbəti cümə seminarı keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Bildirilib ki, “Elmi klinik tədqiqatlar: metodoloji əsaslar və etik məsələlər” mövzusuna həsr olunan seminarın məqsədi Mərkəzi Gömrük Hospitalının gənc həkim və rezidentlərinin klinik araşdırmaların düzgün planlaşdırılması, biostatistik metodların tətbiqi, eləcə də tədqiqat prosesində beynəlxalq GCP (Yaxşı Klinik Təcrübə) prinsiplərinə və etik standartlara riayət olunması sahəsində bilik və bacarıqlarının artırılması olub.

 

Seminarda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov elmi klinik tədqiqatların müasir səhiyyənin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, sübuta əsaslanan tibbin əsasını təşkil edən klinik araşdırmalar yeni müalicə üsullarının effektivliyinin qiymətləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır. Nabil Seyidov həmçinin qeyd edib ki, beynəlxalq metodoloji və etik standartlara uyğun aparılan tədqiqatlar səhiyyə sahəsində etibarlı elmi nəticələrin əldə edilməsinə və innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

 

Seminar çərçivəsində klinik tədqiqatların metodoloji əsasları, biostatistikanın əsas anlayışları, p-dəyəri, effekt ölçüsü, güvən aralığı və hipotez testləri barədə məlumat təqdim olunub. Eyni zamanda, GCP (Yaxşı Klinik Təcrübə) prinsipləri, Məlumatlı Razılıq Formasının (ICF) alınması prosedurları, tədqiqatçının etik öhdəlikləri və klinik sənədləşmə qaydaları iştirakçıların diqqətinə çatdırılıb. Mövzular praktiki nümunələr əsasında izah olunub və iştirakçılarla fikir mübadiləsi aparılıb.

 

Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev