Səhiyyə naziri Teymur Musayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
12.06.2025 09:51

Səhiyyə naziri Teymur Musayev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədov ilə növbəti dəfə görüş keçirib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, görüşdə səhiyyə sistemində innovativ yanaşmaların tətbiqi, idarəetmə bacarıqlarının gücləndirilməsi və peşəkar inkişaf tədbirləri müzakirə olunub.

 

Görüş zamanı səhiyyə sektorunda son dövrlərdə həyata keçirilən islahatlar, rəqəmsal texnologiyaların tətbiqi, əhalinin sağlamlıq xidmətlərinə çıxış imkanlarının artırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi mövzular müzakirə edilib.

 

Teymur Musayev səhiyyənin strateji idarəetmə modelləri, effektiv resurs bölgüsü və komandada liderliyin vacibliyi barədə təcrübəsini bölüşərək tövsiyələr verib.

 

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev