Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
20.09.2023 11:43

Sentyabrın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə bu gün erməni terrorçuların  törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Aztibb.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.

 

Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 10 iclası keçirilib, həmin iclaslarda 20 məsələ müzakirə edilib. Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən, xüsusən “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi sayəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.

 

Hesabat dövründə komitəyə daxil olan müraciətlərdən bəhs edən Əhliman Əmiraslanov sayı 300-ə yaxın olan bu ərizə və şikayətlərdə, həmçinin vətəndaşlar və seçicilərlə keçirilən görüşlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

 

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin “Tibbi tullantıların idarə edilməsi”, “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” (Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə) və “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” (Əmək və sosial siyasət komitəsi ilə birgə) mövzularında 3 dinləmənin keçirilməsi planlaşdırılıb.

 

Müzakirələrdə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri  Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri  ötən dövrdə komitənin məhsuldar fəaliyyət göstərdiyini söyləyiblər, qarşıdakı sessiya üçün iş planı ilə bağlı təkliflərini səsləndiriblər. Deputatlar, həmçinin səhiyyə sahəsinin bəzi aktual məsələlərinə dair bəzi qeydlərini də diqqətə çatdırıblar.

 

Komitə üzvləri Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər.

 

İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev