Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
10.09.2026 17:02

Səhiyyə naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Avstriya Çoxölkəli Ofisinin (AUMCO) direktoru, Missiya rəhbəri Simonetta Siliqato ilə görüşüb.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə Səhiyyə Nazirliyi ilə UNOPS arasında uzunmüddətli əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr, gələcək birgə layihələr və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

 

Qeyd edilib ki, Səhiyyə Nazirliyi ilə UNOPS arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu müddət ərzində səhiyyə sahəsində müxtəlif istiqamətlər üzrə bir sıra layihələrin həyata keçirilməsində qarşılıqlı əməkdaşlıq və koordinasiya təmin olunub.

 

Teymur Musayev Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Nazir səhiyyə sisteminin inkişafı, müasir tibbi texnologiyaların və həllərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində beynəlxalq təcrübədən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb.

 

Həmçinin UNOPS-un Azərbaycanla əməkdaşlığının mövcud istiqamətlərinin daha da inkişaf etdirilməsi, səhiyyə sahəsində yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə UNOPS-un Tərəfdaşlıq üzrə məsləhətçisi Konstantin Eqorov və UNOPS-un Azərbaycan üzrə Tərəfdaşlıq əlaqələndiricisi Dinara Quliyeva da iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər