Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”
16.05.2024 15:34
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə şəhərin 75 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib.
STM-dən Aztibb.az-a bildirilib ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə dair videoçarx nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və tibb müəssisələrinin kollektivlərinin iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qeyd edib ki, xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə bugün həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin profilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Qeyd olunub ki, Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.
Digər çıxış edənlər - STM-nin Perinatal Mərkəzinin rəhbəri, “Əməkdar həkim” Təranə Rəcəbli, Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Famil Qaflanov və 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva və Heydər Əliyevin siyasətinin ötən 21 il ərzində Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, bu siyasətin ən böyük uğurlarından biri səhiyyənin keçdiyi sürətli inkişaf yoludur. Bugün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır.
Daha sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Şəhid övladlardan ibarət xor kollektivinin çıxışı izləyiciləri qürurlandırıb. Balaca fidanlara hədiyyələr, xor kollektivinin rəhbəri Həcər Əkbərova təşəkkürnamə təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Anar Bayramov Şuşa şəhərində vətəndaşları qəbul edib
30.06.2026 | 11:29
Mərkəzi Gömrük Hospitalında “Elmi klinik tədqiqatlar: metodoloji əsaslar və etik məsələlər” mövzusunda seminar keçirilib
13.06.2026 | 09:45
Səhiyyə naziri Teymur Musayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
12.06.2025 | 09:51
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır”
16.05.2024 | 15:34
Səhiyyə naziri və TƏBİB-in icraçı direktoru COP29 Təşkilat Komitəsinin ilk iclasında iştirak ediblər
23.01.2024 | 09:16
Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyi qeyd edilib
26.12.2023 | 18:17
BTEB elmi-müəssisələrinin illik hesabatları müzakirə edilib
24.12.2023 | 13:40
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
20.09.2023 | 11:43
"Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib
10.08.2023 | 15:40
Rəşad Məcid "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin fəxri üzvü seçilib
21.07.2023 | 14:15
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 | 11:42
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
27.08.2026 | 09:31
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
28.08.2026 | 09:59
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
27.08.2026 | 12:34
Anestezioloq-reanimatoloq Emil Muradov - "Həkimlərimizi tanıyaq!" rubrikası
31.08.2026 | 17:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
28.08.2026 | 11:02
Sabunçu Tibb Mərkəzində təlim: "Etik davranış qaydaları və xidmət mədəniyyəti”
26.08.2026 | 13:22
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
30.08.2026 | 10:00
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
30.08.2026 | 11:25
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
27.08.2026 | 10:40
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
30.08.2026 | 16:19
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
01.09.2026 | 16:49
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
26.08.2026 | 14:30
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
26.08.2026 | 13:51
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
30.08.2026 | 10:45

