Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyi qeyd edilib
26.12.2023 18:17

Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 ili tamam olub.

 

Hospitalın 15 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev və əməkdaşlar Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

 

Sonra nümayəndə heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də məzarları üzərinə gül dəstələri düzüblər.

 

Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.

 

Mərkəzi Gömrük Hospitalının 15 illik yubileyinə həsr edilmiş təntənəli yubiley tədbirində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru Ceyhun Məmmədov və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 2008-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Mərkəzi Gömrük Hospitalının 15 il ərzində Azərbaycanın qabaqcıl klinikalarından birinə çevrildiyini söyləyib.

 

Hospitalın 15-ci ildönümünün müstəqil dövlətimizin memarı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley ilinə təsadüf etdiyini qeyd edən C.Məmmədov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafında çox böyük əməyi və əvəzsiz rolu barədə, eləcə də Mərkəzi Gömrük Hospitalının 15 il ərzində əldə etdiyi uğurlar barədə danışıb.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivini 15 illik yubiley münasibətilə təbrik edib, Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının yaranma tarixi barədə, bu müddət ərzində qazanılan nailiyyətlər, pandemiya dövründə və 44 günlük Vətən müharibəsi zamanı tibb işçilərinin böyük əməyi barədə danışıb və öz tövsiyələrini verib.

 

Dövlət Gömrük Komitəsinin sədri fəaliyyətində fərqlənən tibb işçilərini Fəxri Fərman ilə təltif edib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının fəaliyyətinə və uğurlarına həsr edilən videoçarx nümayiş olunub.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalı-15 il keşiyinizdə”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Mərkəzi Gömrük Hospitalı – tibb işçilərinin davamlı tibbi təhsil imkanlarının genişləndiyi məkan” mövzusunda çıxış ediblər.

 

Həmçinin Milli Məclisin Səhiyyə Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, eləcə də Azərbaycan Respublikasının əməkdar artisti, aktyor Bəhram Bağırzadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kərimi, DGK-nın Hüquqi Təminat İdarəsinin Hüquqi Ekspertiza şöbəsinin rəisi Maqsud Səfərov, Azərbaycan Respublikası xalq artisti, dirijor Ramiz Məlikaslanov çıxış edərək Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə ürək sözlərini səsləndiriblər.

 

Tədbirdə Türkiyənin Florence Healthcare Qrupunun icraçı direktoru Sinan Nazif Aranın və Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Klinik Hospitalının rəisi Nikolay Dasayevin təbrik müraciətləri, “Fədəkar tibb heyəti”, «MGH mənim üçün …?” çarxları nümayiş olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev