Xərçəng riskini artıran qidalar hansılardır? - Ekspert açıqladı
12.06.2026 09:35

Qidalanma vərdişləri bir çox xəstəliklərin, o cümlədən xərçəngin yaranma riskinə təsir göstərən əsas amillərdən biridir.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq və endoskopist Anar Əliyevin sözlərinə görə, insanlar gündəlik həyatlarında fərqinə varmadan xərçəng riskini artıra bilən qidaları müntəzəm şəkildə qəbul edirlər.

 

Həkim bildirib ki, həddindən artıq işlənmiş, çox yağlı və müxtəlif kimyəvi əlavələrlə zəngin qidaların uzun müddət istifadəsi orqanizmə ciddi zərər vura bilər. Onun sözlərinə görə, fast food məhsulları, hisə verilmiş qidalar, sosis və kolbasa kimi işlənmiş ət məhsulları, trans yağlarla zəngin qidalar, eləcə də həddindən artıq şəkərli içkilər və qidalar sağlamlıq üçün risk yaradan əsas məhsullar sırasındadır.

 

Mütəxəssis vurğulayıb ki, sağlam qidalanma yalnız bədən çəkisinin normada saxlanılması üçün deyil, həm də gələcəkdə yarana biləcək ciddi xəstəliklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, təbii və balanslı qidalanma prinsiplərinə əməl etmək bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskinin azalmasına kömək edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub