Uşaqlıq boynu xərçənginə qarşı beynəlxalq praktikada 2 əsas müdafiə yolu tövsiyə edilir
13.06.2026 10:02

Qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan uşaqlıq boynu (serviks) xərçəngi erkən mərhələdə adətən heç bir simptom göstərmir. Mütəxəssislərin fikrincə, bu xəstəliyin qarşısının alınmasında iki əsas vasitə – HPV peyvəndi və müntəzəm skrininq müayinələri mühüm rol oynayır.

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Esma Gürün sözlərinə görə, serviks xərçəngi hallarının demək olar ki, hamısı insan papilloma virusu (HPV) ilə əlaqədardır. Virusun yüksək riskli növləri uzun müddət orqanizmdə qaldıqda uşaqlıq boynu hüceyrələrində dəyişikliklər yarada və zamanla xərçəngə səbəb ola bilər.

Mütəxəssis vurğulayıb ki, xəstəliyin ən təhlükəli xüsusiyyəti erkən dövrdə gizli inkişaf etməsidir. İrəliləmiş mərhələlərdə isə aşağıdakı əlamətlər müşahidə oluna bilər:

Menstruasiya dövrləri arasında qanaxmalar;
Cinsi əlaqədən sonra qanaxma;
Menopauzadan sonra qanlı ifrazatlar;
Qeyri-adi və xoşagəlməz qoxulu vaginal axıntı;
Çanaq nahiyəsində davamlı ağrılar.

Həkim bu əlamətlərdən hər hansı biri müşahidə olunduqda dərhal mütəxəssisə müraciət etməyi tövsiyə edir.

Onun sözlərinə görə, Pap-smear testi və HPV skrininqi xərçəngdən əvvəl yaranan hüceyrə dəyişikliklərini erkən aşkar etməyə imkan verir. Bu müayinələr serviks xərçəngi ilə bağlı ölüm hallarının azalmasında mühüm rol oynayır.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, HPV peyvəndi xəstəliyin profilaktikasında ən təsirli vasitələrdən biridir. Peyvənd xüsusilə yeniyetmə yaşlarında daha yüksək qoruyuculuq göstərsə də, uyğun yaş qrupundakı qadın və kişilər də həkim məsləhəti ilə peyvənd oluna bilərlər.

Qeyd olunur ki, HPV peyvəndinin müntəzəm skrininq müayinələri ilə birlikdə tətbiqi uşaqlıq boynu xərçəngindən qorunmada ən effektiv yanaşma hesab edilir. Bu səbəbdən qadınlara heç bir şikayətləri olmasa belə, müəyyən olunmuş intervallarla ginekoloji müayinələrdən keçmək tövsiyə olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır