Diabarda ATU əməkdaşlarının apardıqları etnofarmakoloji tədqiqatın nəticələri yüksək indeksləşmiş jurnalda dərc olunub  
15.06.2026 13:32

Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasının əməkdaşlarının Q1 kvartilli “Ethnobotany research and applications” jurnalında “Ethnopharmacological study of plants used in Diabar region, Azerbaijan” adlı məqaləsi dərc olunub.

 

Aztibb.az-ın xəbərinə görə, məqalədə Azərbaycanın Lerik və Yardımlı rayonlarının yüksək dağlıq ərazilərində - Diabarda etnofarmakoloji tədqiqat aparılıb. Ölkəmizin qədim və zəngin xalq təbabətinin təcrübəsini dünyaya tanıtmaq baxımından məqalə çox dəyərli mənbə hesab olunur.

 

Dünyanın aparıcı ölkələrində xalq təbabəti müasir üsullarla tədqiq olunur və toplanmış məlumatlar gələcək tədqiqatlar üçün baza rolunu oynayır. Bu məqalənin nəticələri Azərbaycan xalq təbabətinin təcrübəsinə əsaslanaraq, floramızda yayılmış endem və subendem dərman bitkilərinə aid ATU-nun Farmakoqnoziya, Farmakologiya və digər ixtisas kafedralarında elmi tədqiqatların aparlması üçün imkanlar açır.

 

Diabar ərazisində yerinə yetirilmiş tədqiqatda Farmakoqnoziya kafedrasının müdiri professor Cavanşir İsayev, baş müəllim Xuraman Mustafayeva, baş müəllim Aydan Qədimli, assistent Nərmin Babayeva, assistent Günay Cəfərova və assistent Nilufər Səfərova, eləcə də Pakistan Respublikasının Hazara Universitetinin əməkdaşları professor Ghulam Mujtaba Shah, Khursheed Ur Rehman, Ikramullah Khan və Fazal Ullah da iştirak ediblər.   

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır