Qəbələ RMX-da təlim: “İlan sancmaları zamanı ilkin tibbi yardım”   
13.06.2026 16:39
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “İlan sancmaları zamanı ilkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təcili tibbi yardım şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi Fəxrəndə Cəfərovanın moderatorluğunda baş tutan təlimdə aidiyyəti şöbələrin əməkdaşları iştirak ediblər.
 
Məqsəd ilan sancmalarının təhlükələri, klinik əlamətləri və bu hallarda göstərilməli olan ilkin tibbi yardım qaydaları barədə iştirakçıları məlumatlandırmaq olub.
 
Təlim zamanı ilan sancması zamanı düzgün davranış qaydaları, vaxtında və düzgün tibbi müdaxilənin əhəmiyyəti, eləcə də zərərçəkənə göstərilməli olan ilkin yardım tədbirləri ətraflı izah edilib. Həmçinin ilan sancmaları ilə bağlı tez-tez yol verilən səhvlər, mümkün ağırlaşmalar və müalicə prinsipləri barədə geniş məlumat verilib.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub