Regionlarda neonatal təxliyə xidməti gücləndirilib
15.09.2026 10:25

Yenidoğulmuşlara göstərilən təcili tibbi yardımı yaxşılaşdırmaq məqsədilə Sumqayıt, Gəncə və Şirvanda konsultativ-nəqliyyat xidməti təşkil edilib və neonatal təxliyə briqadaları yaradılıb ki, bu da regionlarda neonatal tibbi qayğının keyfiyyətini artıracaq və uşaq ölümünün azaldılmasına töhfə verəcək.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Qeyd olunub ki, görülən işlər çərçivəsində ümumilikdə 5 ədəd təcili tibbi yardım avtomobili müvafiq mərkəzlərə təqdim edilib. Bu avtomobillər süni tənəffüs aparatları və monitorinq cihazları ilə təchiz olunub ki, reanimasiyaya ehtiyacı olan körpələrin xəstəxanalararası daşınması zamanı risklər minimuma endirilsin və sabit temperatur rejimi qorunsun.

 

Xidmətlərin fəaliyyətinə ümumilikdə 41 nəfər tibb işçisi və sürücü cəlb olunub. Bu heyətə neonatoloqlar, reanimatoloqlar, həkim və orta tibb işçiləri, həmçinin sürücülər daxildir. Briqadalar 7/24 rejimində fəaliyyət göstərərək yenidoğulmuşların vəziyyətinin stabilləşdirilməsini, ixtisaslaşdırılmış tibb müəssisələrinə təhlükəsiz çatdırılmasını və yol boyu zəruri tibbi yardımın göstərilməsini təmin edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Dəridə səpgilər nədən xəbər verir?
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Diabetlilər üçün qida seçimləri
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir