Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub
16.09.2026 11:46

Masallı Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni oftalmoloji kabinet fəaliyyətə başlayıb.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, kabinetdə ilk dəfə Biləsuvar və Lənkəran sakinləri olan iki pasiyent üzərində katarakta əməliyyatı uğurla icra edilib.

 

Yeni kabinetdə katarakta ilə yanaşı, qlaukoma, ptoz, göz qapaqları və göz yaşı kanalları üzrə əməliyyatlar, xalazionun müalicəsi, eləcə də digər oftalmoloji müayinə və müalicə xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

 

Yeni xidmətlər Masallı və ətraf rayonların sakinləri üçün oftalmoloji tibbi xidmətlərin daha əlçatan olmasına imkan yaradacaq.

ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Qazaxda ana və körpənin həyatı xilas edilib
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Diabetlilər üçün qida seçimləri
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir