Qazaxda həkimlərin operativ müdaxiləsi iki pasiyenti komatoz vəziyyətdən çıxarıb
21.09.2026 14:33

72 yaşlı kişi və 73 yaşlı qadın 13 və 14 sentyabr 2026-cı il tarixlərində ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Aparılan instrumental-laborator müayinələr nəticəsində hər iki pasiyentə beyin qan dövranının kəskin pozulması və işemik insult diaqnozu təyin olunub.

 

Bu barədə Aztibb.az-a Qazax RMX-dan məlumat verilib.

 

Bildirilib ki, pasiyentlər dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin operativ və peşəkar müdaxiləsi, kompleks müalicə tədbirləri nəticəsində hər iki pasiyent komatoz vəziyyətdən çıxarılıb. Onların vəziyyətində müsbət dinamika müşahidə olunub, hərəkət və nitq funksiyalarında bərpa qeydə alınıb.

 

Hazırda müalicələri xəstəxanada davam etdirilən hər iki pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb