ATU əməkdaşlarının məqaləsi “Scopus”- da yer alıb
02.06.2026 09:28

Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin “Qazma mayesinin subletal dermal toksikliyi və onun siçovullarda hematoloji, biokimyəvi və histopatoloji göstəricilərə təsiri” adlı məqaləsi “Dose-Response” jurnalında (WoS, Scopus, Q2, IF-2.6) nəşr olunub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, dünyanın ən böyük əsas, elmmetrik istinad platforması sayılan “Scopus”-da yer almış məqalədə Qazaxıstan, Tacikistan və Azərbaycan alimlərinin birgə həyata keçirdikləri tədqiqat işinin nəticələri əks olunur. Bu tədqiqatda qazma məhlulunun eksperimental şəraitdə siçovulların dərisinə zəhərli təsiri müxtəlif üsullarla qiymətləndirilib.

 

Məlum olub ki, qazma məhlulunun təsirindən dəridə detoksikasiya fermentlərinin aktivliyi ilə əlaqəli leykosit, neytrofil və eozinofillərin sayları əhəmiyyətli dərəcədə artır. Dəri ilə yanaşı qaraciyər və böyrəklərdə baş verən histopatoloji dəyişikliklərin müşahidə olunması dermal-rezorbtsiv toksikliyin göstəricisi kimi qiymətləndirilib.

 

Klinik-davranış, hematoloji, biokimyəvi və morfoloji dəyişikliklər qazma mayeləri ilə dəri təmasının potensial peşə təhlükəsini təsdiqləyir və peşə risklərinin qiymətləndirilməsində bu təsirin nəzərə alınmasının zəruriliyi əsaslandırılır.

https://journals.sagepub.com/doi/epdf/10.1177/15593258261436773

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır