Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib  
01.06.2026 13:04
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Litvanın Vilnüs şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzlər və Klinik Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 46-cı Beynəlxalq Konqresində iştirak edib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, dünyanın 61 ölkəsindən 500-dən çox əyani iştirakçının qatıldığı beynəlxalq konqresdə klinik toksikologiyanın aktual məsələləri, yeni növ narkotik vasitələr və psixoaktiv maddələrlə bağlı çağırışlar, peşə intoksikasiyalarının profilaktikası, dərman vasitələrinin arzuolunmaz təsirlərinə nəzarət, zəhərlənmələrin diaqnostikası və müalicəsində müasir yanaşmalar geniş müzakirə olunub.
 
Konqres çərçivəsində dosent İsmayıl Əfəndiyev müvafiq sahələr üzrə ölkəmizin təcrübəsini bölüşüb, təqdimatlarla çıxış edib və müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıb.
 
Beynəlxalq tədbirdə əldə olunan bilik və təcrübə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən göstərilən xidmətlərin inkişafına, gömrük əməkdaşları arasında narkotik vasitələrin və psixoaktiv maddələrin istifadəsinin aşkarlanması məqsədilə aparılan skrininq müayinələrinin təkmilləşdirilməsinə, gömrük əməkdaşları üçün yeni növ narkotik vasitələr, psixoaktiv maddələr və onların prekursorları barədə davamlı maarifləndirici tədbirlərin mövzularının yenilənməsinə, müvafiq metodiki vəsaitlərin hazırlanmasına, nəticə etibarilə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına töhfə verəcək.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
Fast foodun bağırsağa təsiri
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb
 İsti havalarda günəşdən necə qorunmalıyıq?