Yeni Klinikada növbəti uğurlu böyrək transplantasiyası əməliyyatı
26.07.2026 17:24

Yeni Klinikada beşinci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edən 23 yaşlı qadın xəstə uğurlu böyrək transplantasiyası əməliyyatı nəticəsində sağlamlığına qovuşub. Donor isə pasiyentin 45 yaşlı anası olub.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan bildirilib.

Əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra edilib.

 

Donor üzərində laporoskopik (qapalı) üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib.

 

Hazırda müalicələri həkim-nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərli, eləcə də transplantasiya üzrə koordinator İntizar Məmmədovanın nəzarəti altında davam etdirilir.

 

Qeyd edək ki, resipiyent Elvira Novruzova və donor Gülşən Novruzova Vətən müharibəsi şəhidi Elvin Novruzovun ailə üzvləridir. Elvin Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır