AQTA-nın nümayəndə heyəti Rusiyada səfərdədir  
24.07.2026 08:01

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrindən ibarət heyət Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyindəki Baytarlıq Sanitariyası, Gigiyena və Ekologiya üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda (FGBU “VNİİZJ”) olublar.

 

Bu barədə Aztibb.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə FGBU “VNİİZJ”in fəaliyyət istiqamətləri, o cümlədən heyvan xəstəlikləri törədicilərinin öyrənilməsi, ştammlar əsasında vaksinlərin hazırlanması və tətbiqi barədə məlumat verilib.

 

Tərəflər kənd təsərrüfatı heyvanları arasında yayılan transsərhəd xəstəliklərin, xüsusilə dabağın profilaktikası və diaqnostikası məsələlərini müzakirə ediblər.

 

Görüş çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri arasında baytarlıq təbabəti və bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır