Anar Bayramov Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarını ziyarət edib
27.07.2026 08:27

TƏBİB-in İcraçı direktoru Anar Bayramov Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinə işgüzar səfər edib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də pasiyentlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib.

 

Daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasına baş çəkən İcraçı direktor burada yaradılmış şərait, şöbələrin fəaliyyəti, tibbi xidmətlərin təşkili və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

 

Anar Bayramov hər iki tibb müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşlərdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır