ABŞ alimləri Altsheymer xəstəliyinin müalicəsi istiqamətində yeni nəticələr əldə ediblər
23.07.2026 15:45

ABŞ-nin Kentukki Universitetinin tədqiqatçıları Altsheymer xəstəliyinin yaranma mexanizmlərinin öyrənilməsi istiqamətində apardıqları araşdırmalar zamanı mühüm elmi nəticələr əldə ediblər.

 

Bu barədə Aztibb.az www.science.org-a istinadən xəbər verir.

 

Tədqiqatın nəticələrinə əsasən, xəstələrdə müşahidə olunan yuxu pozğunluqlarının əsas səbəblərindən biri beynin immun sisteminə aid mikroqliya hüceyrələrinin həddindən artıq aktivləşməsi ilə əlaqədardır.

 

Alimlər eksperimental tədqiqatlar zamanı həmin hüceyrələrin fəaliyyətini tənzimləməklə normal yuxunun əhəmiyyətli dərəcədə bərpa olunmasına nail olublar. Araşdırma göstərib ki, bu nəticə beyində Altsheymer xəstəliyinə xas amiloid zülal lövhələri tam aradan qaldırılmadan da əldə edilə bilər. Mütəxəssislərin fikrincə, bu, xəstəliyin müalicəsinə yeni yanaşmaların hazırlanması üçün mühüm elmi əsas yaradır.

 

Tədqiqat müəllifləri bildirirlər ki, yuxunun keyfiyyətinin yaxşılaşdırılması beynin fəaliyyətinə müsbət təsir göstərməklə yanaşı, yaddaş funksiyalarının qorunmasına və xəstəliyin inkişaf sürətinin ləngidilməsinə də kömək edə bilər. Bununla belə, əldə olunan nəticələrin klinik praktikada tətbiqi üçün insanlar üzərində əlavə tədqiqatların aparılması zəruridir.

Alimlər hesab edirlər ki, bu istiqamətdə aparılacaq növbəti araşdırmalar Altsheymer xəstəliyinin müalicəsində daha effektiv dərman və terapiya üsullarının hazırlanmasına imkan yarada bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama