Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir  
12.05.2026 16:27

Azərbaycan Turizm Bürosu (ATB) Bolqarıstanın Varna şəhərində təşkil olunan “Healthxchange Summıt 2026” tədbirində iştirak edir.

 

Aztibb.az xəbər verir ki Dövlət Turizm Agentliyindən bildirilib ki, Avropanın sağlamlıq və spa turizmi sahəsində aparıcı platformalarından biri hesab olunan sammit dövlət qurumlarını, turizm təşkilatlarını, tibbi və rekreasiya sənayesi nümayəndələrini, eləcə də beynəlxalq ekspertləri bir araya gətirir. Tədbir çərçivəsində sağlamlıq turizmində yeni tendensiyalar, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

 

Sammitdə ATB-nin İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə müxtəlif panel sessiyalarında və ikitərəfli görüşlərdə iştirak edərək Azərbaycanın sağlamlıq və tibbi turizm potensialını beynəlxalq tərəfdaşlara təqdim edib. Görüşlər zamanı ölkənin zəngin təbii müalicə resursları, spa və rekreasiya imkanları, həmçinin sağlamlıq turizminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

 

Tədbirdə iştirak Avropa ölkələrində sağlamlıq turizmi sahəsində tətbiq olunan keyfiyyət standartları, idarəetmə modelləri və sertifikatlaşdırma mexanizmləri ilə tanış olmaq, eləcə də bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır.

 

Səfər çərçivəsində Azərbaycan Turizm Bürosu Avropada spa, sağlamlıq və tibbi turizm sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlardan biri olan Avropa Spa Assosiasiyasına (ESPA) məsləhətçi üzv qismində qoşulub.

 

Üzvlüyün məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, qabaqcıl təcrübə mübadiləsini təşviq etmək və yeni tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Sərgi mayın 13-dək davam edəcək.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
Fast foodun bağırsağa təsiri
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb